2015-ci ildə Qobustan qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı
28 yanvar 2016-cı il tarixində Qobustan qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirildi.
Hesabat yığıncağında Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, rayon İcra hakimiyyətinin məsul işçiləri və aidiyyəti qurumlar iştirak edirdi.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Qobustan qəsəbəsi üzrə nümayəndəsi Şükran Nəcəfov hesabat verərək qeyd etdi ki, 2015-ci il Qobustan qəsəbəsi üçün uğurlu il olduğunu, Qobustan tarixinə qızıl hərflərlə yazıldığını qeyd etmişdir.
Belə ki, Qaradağ rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri rayon əhalisi kimi Qobustan qəsəbə sakinləri tərəfindən də böyük rəğbətlə qarşılanmışdır.
O qeyd etdi ki Bakı 2015 birinci Avropa Oyunları ərəfəsində qəsəbədə irimiqyaslı geniş quruculuq abadlıq işləri aparılmışdır. Qəsəbənin siması dəyişmiş və gözəlləşmişdir.
Ölkə başçısının rəhbərliyi ilə hazırlanmış müvafiq Dövlət Proqramlarının uğurlu icrası və rayon İcra hakimiyyətinin daxili imkanları hesabına da qəsəbədə xeyli işlər görülmüşdür. Təbii ki, bütün bunlar qəsəbə sakinlərini ürəkdən sevindirir. Ötən il ərzində qəsəbə ərazisində əhalinin elektrik, su və qaz təchizatında heç bir problem olmamışdır. Ötən il qəsəbə sakinlərini narahat edən problemlər qəsəbə nümayəndəliyində araşdırılmış, məsələnin həli üçün lazımi tədbirlər görülmüşdür.
Hesabat yığıncağında çıxış edən natiqlər ölkə başçısına öz dərin təşəkkürlərini bildirmişlər.
Hesabat yığıncağında qəsəbə sakinləri nümayəndəliyin 2015-ci ildə gördüyü işlərə qənaətbəxş qiyməti verilmişdir.