2015-ci ildə Korgöz qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı
27 yanvar 2016-cı il tarixində Korgöz qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirildi.
Hesabat yığıncağında Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, rayon İcra hakimiyyətinin məsul işçiləri və aidiyyəti qurumlar iştirak edirdi.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Korgöz qəsəbəsi üzrə nümayəndəsi Şikar Həsənəliyev hesabat verərək qeyd etdi ki, 2015-ci il Korgöz qəsəbəsi üçün uğurlu il olmuşdur.
Belə ki, Qaradağ rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri rayon əhalisi kimi Korgöz qəsəbə sakinləri tərəfindən də böyük rəğbətlə qarşılanmışdır.
Ölkə başçısının rəhbərliyi ilə hazırlanmış müvafiq Dövlət Proqramlarının uğurlu icrası və rayon İcra hakimiyyətinin daxili imkanları hesabına qəsəbədə xeyli işlər görülmüşdür. Qəsəbədə gözəl park salınır. Ötən il ərzində qəsəbə ərazisində əhalinin elektrik, su və qaz təchizatında heç bir problem olmamışdır.
Qəsəbə sakinlərini narahat edən problemlər qəsəbə nümayəndəliyində araşdırılmış, məsələnin həli üçün lazımi tədbirlər görülmüşdür.
Hesabat yığıncağında qəsəbə sakinləri nümayəndəliyin 2015-ci ildə gördüyü işlərə qənaətbəxş qiyməti verilmişdir.