Şriftin ölçüsü :

Saytın rəngi :

2015-ci ildə Qızıldaş qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı

25 yanvar 2016 | 11:00

25 yanvar 2016-cı il tarixində Qızıldaş qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirildi.
Hesabat yığıncağında Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Elnur Qurbanov, rayon İcra hakimiyyətinin məsul işçiləri və aidiyyatı qurumlar iştirak edirdi.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Qızıldaş qəsəbəsi üzrə nümayəndəsi İlham Yusifov hesabat verərək qeyd etdi ki, 2015-ci il Qızıldaş qəsəbəsi üçün uğurlu il olmuşdur.
Belə ki, Qaradağ rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri rayon əhalisi kimi Qızıldaş qəsəbə sakinləri tərəfindən də böyük rəğbətlə qarşılanmışdır.
Ölkə başçısının rəhbərliyi ilə hazırlanmış müvafiq Dövlət Proqramlarının uğurlu icrası və rayon İcra hakimiyyətinin daxili imkanları hesabına qəsəbədə xeyli işlər görülmüşdür. Qəsəbədə Mədəniyyət Evinin (kitabxana da daxil olmaqla) inşası müvafiq Dövlət Proqramına uyğun olaraq davam etdirilib.
Ötən il ərzində qəsəbə ərazisində əhalinin elektrik, su və qaz təchizatında heç bir problem olmamışdır. Qəsəbədaxili yollara 45 maşın çınqıl tökülərək yayılmışdır.
Qəsəbə sakinlərini narahat edən problemlər qəsəbə nümayəndəliyində araşdırılmış, məsələnin həli üçün lazımi tədbirlər görülmüşdür.
Hesabat yığıncağında qəsəbə sakinləri nümayəndəliyin 2015-ci ildə gördüyü işlərə qənaətbəxş qiyməti verilmişdir.

Keçidlər