2015-ci ildə Müşviqabad qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı
29 yanvar 2016-cı il tarixində Müşviqabad qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirildi.
Keçirilmiş hesabat yığıncağında Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, rayonun hüquq-mühafizə orqanları, rayon İcra hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak edirdilər.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Müşviqbad qəsəbəsi üzrə nümayəndəsi Coşqun Bayramov hesabat verərək qeyd etdi ki, 2015-ci il qəsəbə üçün uğurlu il olmuşdur. Qaradağ rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri rayon əhalisi kimi Ələt qəsəbə sakinləri tərəfindən də böyük rəğbətlə qarşılanmışdır.
Hesabat ili olan 2015-ci il ərzində Müşviqabad qəsəbəsində rayon İcra hakimiyyətinin rəhbərliyi və bilavasitə iştirakı ilə bir sıra abadlıq və quruculuq işləri həyata keçirilmişdir ki, bu işlərin planlaşdırılmasında və icra olunmasında qəsəbə nümayəndəliyi yaxından iştirak etmişdir. Görülən işlər əsas etibarı ilə təmir-tikinti, quruculuq, abadlıq, təmizlik, yaşıllaşdırma və qəsəbə ərazisində səliqə-səhman yaratmaqdan ibarət olmuşdur.
Hesabat ilində Qaradağ rayonun Müşviqabad qəsəbəsində əhalinin rifahının yaxşılaşdırılması istiqamətində də bir sıra tədbirlər görülmüşdür. Cari ildə enerji sahəsində yarımstansiyalara baxış keçirilib, nasazlıqlar aradan qaldırılmış, transformatorlara yağ əlavə olunub, avadanlıqlar yenisi ilə əvəz edilib, işlək vəziyyətinə gətirilmişdir. 401 saylı transformator məntəqəsində (TM) yanıb təmirə getmiş 1000 KV-lıq transormatorun əvəzinə 630 KV-lıq transformator quraşdırılmış, 5E saylı bina fiderində yanmış ayırıcı dəyişdirilmişdir. 401 TM-dən çıxan 0.4 kv SİP kabel bərpa edilib, 155 metr SİP kabel işlədilib. 470 saylı TM-də təmirə getmiş transformator əvəzinə 250 kvlıq transormator quraşdırılıb. 10 KVlıq yaşayış sahəsi 1 və 2 saylı hava xətlərində istismara yararsız naqil dəyişdirilməsi üçün 1170 metr AS-50 markalı naqil işlədilmiş, hava xətlər arası əlaqə yaratmaq üçün 5 metal dayaq işlədilib. Yararsız dayaq dəyişdirilib, 2 ədəd dayaq basdırılıb. Həmçinin həyətlərdə qalmış dayaqların yol kənarına çəkilməsi üçün 27 ədəd 2 dövrəli dəmir dayaq, 324 izolyator işlədilib. 10 kvtlıq yaşayış sahəsi 2 saylı hava xəttindən həyət evləri üçün yeni 400 kvalıq transformator KTM-513 quraşdırılıb, şəbəkəyə qoşulması üçün 3 ədəd dayaq, 9 ədəd izolyator, 300 metr AS-50 markalı naqil işlədilib. KTM-513-dən yeni 0.4 kvalıq 810 metr SİP kabel çəkilib. Bütün bu görülən işlərlə yanaşı hələdə xüsusəndə qış aylarında işıqların tez-tez sönməsi və yaşayış massivlərində işıqların zəif olmasından qəsəbə sakinlərinin haqlı narazılıqları mövcuddur.
Əhalinin yaşayışının yaxşılaşdırılması məqsədi ilə kommunal xidmət sahələrindən olan qaz sahəsində də bir sıra işlər görülmüşdür.
Hesabat yığıncağında iştirak edən qəsəbə sakinləri son illər ərzində qəsəbədə görülmüş işlərdən öz razılıqlarını bildirmiş, ölkə başçısı cənab İlham Əliyevin Ələt qəsəbəsinə səfərindən sonra qəsəbədə mövcud olan qlobal problemlərin kökündən həll olunduğunu vurğuladılar.
Hesabat yığıncağından sonunda qəsəbə sakinləri rayon İcra hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovdan görülən işlərlə bağlı ölkə başçısına qəsəbə sakinləri adından minnətdarlıqlarını bildirməsini xahiş etdilər.
Sakinlərdən 22 fərdi qaydada Qaradağ Rayon İcra Hakimiyyəti başçısı tərəfindən dinlənildi. Sakinləri dinləyən cənab Süleyman Mikayılov sakinlərinin problemlərinin həlli üçün müvafiq tapşırıqlarını verdi.