Şriftin ölçüsü :

Saytın rəngi :

2015-ci ildə Sanqaçal qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı

18 yanvar 2016 | 11:00

18 yanvar 2016-cı il tarixində Sanqaçal qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirildi.
Hesabat yığıncağında Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Elnur Qurbanov, rayon İcra hakimiyyətinin məsul işçiləri və aidiyyatı qurumlar iştirak edirdi.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Sanqaçal qəsəbəsi üzrə nümayəndəsi Elnur Allahverdiyev hesabat verərək qeyd etdi ki, 2015-ci il Sanqaçal qəsəbəsi üçün uğurlu il olmuşdur.
Belə ki, Qaradağ rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri rayon əhalisi kimi Sanqaçal qəsəbə sakinləri tərəfindən də böyük rəğbətlə qarşılanmışdır.
Ölkə başçısının rəhbərliyi ilə hazırlanmış müvafiq Dövlət Proqramlarının uğurlu icrası və rayon İcra hakimiyyətinin daxili imkanları hesabına qəsəbədə xeyli  işlər görülmüşdür.
Ötən il ərzində qəsəbə ərazisində əhalinin elektrik, su və qaz təchizatında heç bir problem olmamışdır. Qəsəbədaxili yollara 350 maşın çınqıl tökülərək yayılmışdır.
Qəsəbə sakinlərini narahat edən problemlər qəsəbə nümayəndəliyində araşdırılmış, məsələnin həli üçün lazimi tədbirlər görülmüşdür.
Hesabat yığıncağında qəsəbə sakinləri nümayəndəliyin 2015-ci ildə gördüyü işlərə qənaətbəxş qiyməti verilmişdir.

Keçidlər