2015-ci ildə Çeyildağ qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı
12 yanvar 2016-cı il tarixində Çeyildağ qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirildi.
Keçirilmiş hesabat yığıncağında Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Elnur Qurbanov, rayon İcra hakimiyyətinin məsul işçiləri və aidiyyatı qurumlar iştirak edirdi.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Çeyildağ qəsəbəsi üzrə nümayəndəsi Akif Babayev hesabat verərək qeyd etdi ki, 2015-ci il qəsəbə üçün uğurlu il olmuşdur. Qaradağ rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri rayon əhalisi kimi Çeyildağ qəsəbə sakinləri tərəfindən də böyük rəğbətlə qarşılanmışdır. Ölkə başçısının rəhbərliyi ilə hazırlanmış müvafiq Dövlət Proqramlarının uğurlu icrası və rayon İcra hakimiyyətinin daxili imkanları hesabına qəsəbədə bir sıra işlər görülmüşdür.
“Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi respublikanın hərtərəfli və sürətli sosial-iqtisadi inkişaf strategiyasının 2015-ci ildə də öz tempini qoruyub saxlamışdır. Azərbaycanda düşünülmüş, müstəqil siyasət aparılır, sabitlik təmin edilir. Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşayır. Azərbaycanın iqtisadi inkişaf modeli bir çox ölkələr üçün nümunə ola bilər.
Son ildə ölkəmizdə olan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri Qaradağ rayonunda da yüksək templə davam edib. Qazanılan hər bir uğura dövlət başçısının göstərdiyi böyük diqqət və qayğı sayəsində nail olunub. Məhz ölkə Prezidentinin birbaşa təşəbbüsü və himayəsi sayəsində son illər Qaradağ rayonunda bir çox mühüm obyektlərin inşası uğurla başa çatdırılıb.
Bunun bariz nümunəsi iyun ayının 25-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin açılışında iştirak etdiyi Puta qəsəbəsindəki Hərbi Dəniz Qüvvələrinin yeni bazası və “N” saylı hərbi hissəsidir.
Rayonun Sanqaçal qəsəbəsi ərazisində Neft-Qaz və Neft-Kimya Kompleksinin salınması üçün 1875 hektar torpaq sahəsi ayrılmışdır. Bu layihənin birinci mərhələsi çərçivəsində illik istehsal gücü 12 milyard kubmetr olan Qaz Emalı Zavodunun və ildə ümumilikdə 860 min ton polimer istehsalını nəzərdə tutan Neft-Kimya Zavodunun tikintisi planlaşdırılır. Kompleksdə ilk zavod 2020-ci ildə istehsalata buraxılacaq. Kompleksin inşası isə mərhələlərlə 2030-cu ildə başa çatacaq. Tikinti işləri zamanı ərazidə 30 min, istehsal prosesində isə 15 mindən çox vətəndaş işlə təmin olunacaqdır. Bu layihənin icrası nəticəsində Çeyildağ qəsəbəsinin işçi qüvvəsi özlərinə yaxınlıqda olan Sanqaçal qəsəbəsində iş yerləri tapacaqlar.
Ötən dövr qəsəbənin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması üçün 44 ədəd küçə işığı quraşdırılıb, əhalinin içməli su təchizatının və kanalizasiya xidməti ilə təminatının normallaşdırılması üçün 80 metr köhnə su boru xətti yenisi ilə əvəz olunub, Çeyildağ-Sanqaçal yoluna 300 maşın çınqıl tökülərək qrederlə yayılmışdır.
Ötən il ərzində Çeyildağ qəsəbəsində səyyar həkim briqadaları əhalinin tibbi müayinəsinin keçirilməsini təmin etmişdir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni tədris ili ərəfəsində Çeyildağ qəsəbəsinin imkansız, maddi durumu ağır olan ailələrin məktəbdə təhsil alan 3 nəfər uşaq yeni məktəbli formaları ilə təmin olunmuşdur.
Ötən il keçirilmiş iməciliklərdə qəsəbə ərazisində, o cümlədən məktəbin həyətində 100-dən artıq ağac əkilmişdir.