2015-ci ildə Ümid qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı
14 yanvar 2016-cı il tarixində Ümid qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirildi.
Keçirilmiş hesabat yığıncağında Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Elnur Qurbanov, rayon İcra hakimiyyətinin məsul işçiləri və adiyyatı qurumlar iştirak edirdi.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Ümid qəsəbəsi üzrə nümayəndəsi H.Babayev hesabat verərək qeyd etdi ki, 2015-ci il qəsəbə üçün uğurlu il olmuşdur. Qaradağ rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri rayon əhalisi kimi Ümid qəsəbə sakinləri tərəfindən də böyük rəğbətlə qarşılanmışdır. Ölkə başçısının rəhbərliyi ilə hazırlanmış müvafiq Dövlət Proqramlarının uğurlu icrası və rayon İcra hakimiyyətinin daxili imkanları hesabına qəsəbədə bir sıra işlər görülmüşdür.
Belə ki, “Eləcə də məcburi köçkün ailələri üçün 200 mənzilli 3 yeni yaşayış və 1 yeni məktəb binası başa çatdırılaraq istifadəyə verilmişdir. Əlavə olaraq 300 mənzilli yeni yaşayış binalarının, bağçanın və yeni parkın tikinti işləri üçün hazırlıq işləri gedir. Bundan başqa qəsəbə ərazisində Heydər Əliyev Fondunun təşəbbüsü ilə körpələr evi-uşaq bağçasının tikinti işlərinə başlanılmışdır. Ötən il ərzində qəsəbə ərazisində əhalinin elektrik, su və qaz təchizatında heç bir problem olmamışdır. Yağış sularının qarşısının alınması və dənizə axıdılması məqsədilə 2000 metrdən artıq kanal çəkilmiş, 22 ədəd su ötürücü beton boru, 4 ədəd 6 metr və 1 ədəd 10 metr dəmir boru quraşdırılmışdır. Qəsəbədaxili yollara 1000 maşın çınqıl tökülərək yayılmışdır. Bundan başqa qəsəbə sakinlərindən görmə problemi olan 96 nəfər müayinə edilmiş, onlardan 4 nəfəri Mərkəzi Neftçilər Xəstəxanasında yüksək ixtisaslı həkimlər tərəfindən əməliyyat olunmuşdur.