Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində Milli Musiqi günü qeyd olunmuşdur

19 sentyabr 2012 | 10:00

18 sentyabr 2012-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Milli Musiqi günü qeyd olunmuşdur.
Tədbirdə rayonun orta məktəblərinin müəllim və şagirdləri iştirak edirdi.
Şagird-müəllim kollektivi Heydər Əliyev adına parkda Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin abidəsi ziyarət etmişlər. Daha sonra iştiakçılar Heydər Əliyev Mərkəzi ilə yaxından tanş olmuş, Mərkəzdə ulu öndərin muzeyi ilə tanış olmuşlar.
Tədbir iştirakçılarına ümummilli lider Heydər Əliyevin zəngin həyat irsi, Milli Musiqi gününün yaranma tarixi ilə bağlı məlumat verilmişdir.
Tədbirdə bildirilmişdir ki, 1995-ci ildə Ulu öndər Heydər Əliyevin Fərmanı ilə dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi günü kimi qeyd olunması qərara alınmışdır.
Musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəyovun doğum gününün musiqi tariximizin ən əlamətdar hadisəsi kimi anılması tez bir zamanda ənənə halını almışdır. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoymuşdur.
Ü.Hacıbəyovun anadan olmasının 100 illik yubileyi YUNESKO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd olunmuşdur. Ü.Hacıbəyov elmi musiqişünaslığın, musiqili komediya janrının əsasını qoymuş və ömrünün sonunadək musiqi mədəniyyətinin inkişafına rəhbərlik etmişdir.
 

Keçidlər