Şriftin ölçüsü :

Saytın rəngi :

31 dekabr –Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramları ərəfəsində rayonun təhsil işçilərinin tədbiri keçirilmişdir

28 dekabr 2015 | 11:00

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ rayon komitəsi 31 dekabr –Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramları ərəfəsində təhsil işçilərini təbrik etmək üçün “Xəzri”  şadlıq sarayında respublikamızın tanınmış ziyalıları, qələm və saz ustaları ilə görüş təşkil etdi.
              Görüşü ATİAHİ Qaradağ rayon komitəsinin sədri Zümrüd Rzayeva açaraq ulu öndər Heydər Əliyevin dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq,   dekabrın  31-ni  Dünya azərbaycanlılarının həmrəylik  günü elan etdi. Beləliklə, bu bayram bütün azərbaycanlılar üçün əzizdir. Azərbaycanlılar bu gün ilə fəxr edir onu qürurla qeyd edirlər.
         Qaradağ rayon İcra  Hakimiyyəti Başçısının məsul işçisi Munis Bayramov tədbir iştirakçılarını rayon İcra Hakimmiyyət Başçısı cənab Süleyman Mikayılovun adından təbrik edərək arzularını bildirdi. Sonra söz  filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbovaya, şair Vahid Əzizə, Cığatel xanıma, Ağacəfər Həsənliyə, Yusif Nəğməkara, aşıq İlhama və mügənnilərə verildi.

Keçidlər