Şriftin ölçüsü :

Saytın rəngi :

Qızıldaş qəsəbəsində xeyir-şər evinin açılışı

18 dekabr 2015 | 11:00

18 dekabr 2015-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Qızıldaş qəsəbəsində çoxmərtəbəli yaşayış binalarının əhatə etdiyi ərazidə yaradılmış nümunəvi abad məhəllədə xeyir-şər evinin açılışında iştirak etdi.
Açılış mərasimində rayon İcra hakimiyyəti başçısı aparatı, kommunal strukturların, idarə, müəssisə və təşkilatların rəhbərləri və Qızıldaş qəsəbə sakinləri iştirak etdilər.
Açılış mərasimində çıxış edən natiqlər ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzolunmaz xidmətləri, onun siyasi irsinin təbliğinin əhəmiyyəti, ulu öndərin siyasi-iqtisadi və sosial kursunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və digər aktual məsələlərdən danışaraq, ölkə Başçısının yerli İcra hakimiyyətləri və yerli özünüidarəetmə orqanları qarşısında əhalinin sosial problemlərinin həlli istiqamətində zəruri tədbirlərin görülməsinə dair verdiyi tapşırıqlar, bu sahədə kompleks tədbirlərin keçirilməsinə xidmət edən Dövlət Proqramlarının icrası vəziyyətinə də toxunmuşlar.
Sakinlərin Qızıldaş qəsəbəsi ərazisində hələ də mövcud olan problemlərin aradan qaldırılmasına dair müraciətlərinin müsbət həllinə məsul olan icraçılar müəyyənləşdirildi və onlara konkret tapşırıqlar verildi, sakinlərə qaldırılmış məsələlərin qısa müddətdə öz həllini tapacağı bildirildi.
Açılış mərasimində iştirak edən ağsaqqallar çıxış edərək əhalinin sosial problemlərinin həlli istiqamətində Qaradağ rayonunda müsbət təcrübənin olduğunu və bu işlərin bundan sonra da davam etdirilməsinin zəruriliyini qeyd etdilər.
Çıxış edən sakinlər hamının adından nümunəvi abad məhəllənin yaradılmasına görə ölkə rəhbərliyinə, rayon İcra hakimiyyətinə öz minnətdarlıqlarını çatdırdılar.

Keçidlər