Şriftin ölçüsü :

Saytın rəngi :

Sahil qəsəbəsində mədəniyyət ocaqlarının açılışı

18 sentyabr 2012 | 10:00

17 sentyabr 2012-ci il tarixində Qaradağ rayonu, Sahil qəsəbəsində əsaslı təmirdən sonra 28 saylı Musiqi və 5 saylı Uşaq İncəsənət məktəblərinin açılış mərasimləri olmuşdur.
Mərasimdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev, Mədəniyyət və Turizm Nazirinin müavini Sevda Məmmədəliyeva, Mədəniyyət və Turizm Nazirliyinin Elm və təhsil şöbəsinin rəisi Yaşar Əliyev, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev və Bakı şəhərində fəaliyyət göstərən bir neçə İncəsənət və Musiqi məktəblərinin direktorları iştirak etmişlər.
Giriş nitqi ilə hər kəsi salamlayan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 4 may 2011-ci il tarixli sərəncamı ilə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Qaradağ rayonunun Sahil qəsəbəsində 28 saylı Musiqi və 5 saylı Uşaq İncəsənət məktəblərinin əsaslı təmiri həyata keçirilmişdir.
Bundan əlavə olaraq rayonun digər qəsəbələrində də həmin Dövlət Proqramı çərçivəsində bir sıra mədəniyyət evlərinin və musiqi məktəblərinin əsaslı təmirinin və inşasının davam etdiyini vurğuladı.
Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva öz növbəsində bildirdi ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən mədəniyyət işçilərinə və bütövlükdə mədəniyyət sahəsinə dövlətin xüsusi diqqət və qayğısı mövcuddur. Bu gün mədəniyyət sahəsindəki hər bir uğurun arxasında məhz dövlətin bu istiqamətdəki məqsədyönlü siyasətinin təzahürünün olduğunu qeyd etdi.
Daha sonra tədbir mədəniyyət ocaqlarının öz fəaliyyət qruplarının konsert proqramı ilə davam etdi.
 

Keçidlər