Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayon məktəblilərin XXVIII Spartakiadasının stolüstü tennis mərhələsi keçirildi

09 dekabr 2015 | 11:00

09 dekabr 2015-ci il tarixdə Sahil qəsəbəsində yerləşən Uşaq Gənclər İdman Məktəbində Qaradağ rayon İcra Hakimiyyəti Başçısının  20 oktyabr 2015-cü il tarixlı 152 №-li sərəncamına əsasən 2015-16-cı tədris ilində keçirilən məktəblilərin XXVIII rayon Spartakiadasının stolüstü tennis mərhələsi üzrə rayon birinciliyi başa çatdı.
Yarışda hər məktəbdən 5 nəfər (3 oğlan, 2 qız) iştirak edirdi.
Komanda üzvlərinin göstərdiyi ümumi yekun nəticəyə əsasən  228 № li məktəb I yerə, 319 № li məktəb II yerə, 273 № li məktəb III yerə layiq görüldü.
Qaliblərə rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlar və xatirə hədiyyələri verildi.
228 № li məktəbin komandası rayonumuzu Bakı şəhər Spartakiadalarında təmsil edəcək.

Keçidlər