Şriftin ölçüsü :

Saytın rəngi :

“Əbədiyaşar liderimiz” mövzusunda rayon məktəblərinin şagirdləri arasında inşa -yazı müsabiqəsinin final mərhələsi keçirildi

04 dekabr 2015 | 11:00

04 dekabr 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində Qaradağ rayon İcra Hakimiyyəti və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “Əbədiyaşar liderimiz” mövzusunda rayon məktəblərinin şagirdləri arasında inşa -yazı müsabiqəsinin final mərhələsi keçirildi.
Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş üzrə sektor müdiri Zamin Əhmədov və həmin idarənin digər əməkdaşları, Qaradağ rayon İcra Hakimiyyətinin məsul işçisi Firudin Hüseynov, rayon məktəblərinin müəllim və şagirdləri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov “Əbədiyaşar liderimiz” mövzusunda keçirilən inşa-yazı mesabiqəsinin məqsəd və vəzifələrindən, ümummilli Lider Heydər Əliyev irsinin öyrənilməsinin böyüməkdə olan nəslin milli vətənpərvərlik ruhunda tərbiyələnməsində, əsl vətəndaş kimi püxtələşməsindəki əhəmiyyətindən danışdı.
Digər çıxış edənlər, Z.Əhmədov, F.Hüseynov ulu öndərin vətən və cəmiyyət qarşısındakı xidmətlərindən danışaraq Heydər Əliyevin əsasını qoyduğu Dövlət Gənclər Siyasəti”nin bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini qeyd etdilər.
Çıxışlardan sonra I, II, III yerlərin qaliblərinə və 7 nəfər fərqlənmiş şagirdə fəxri fərmanlar və xatirə hədiyyələri verildi.

Keçidlər