Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq əlillər günü münasibəti ilə rayonun əlil sakinləri ilə görüş keçirildi

03 dekabr 2015 | 11:00

03 dekabr 2015-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində Beynəlxalq əlillər günü münasibəti ilə rayonun əlil sakinləri ilə görüş keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, rayon İcra hakimiyyətinin əməkdaşları və rayon ictimaiyyəti iştirak edirdi.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova Beynəlxalq Əlillər gününün ölkəmizdə rəsmi şəkildə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra qeyd olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, ulu öndər Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, fiziki sağlamlığını itirən insanlara, onların problemlərinə də böyük həssaslıqla yanaşıb, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli işlər görüb Beynəlxalq əlillər gününün qeyd olunmasında əsas məqsəd ictimaiyyətin diqqətini əlillərin problemlərinə yönəltməklə onların ehtiyaclarını, tələblərini yerinə yetirmək, onlara maddi və mənəvi yardım göstərmək olduğunu vurğulayaraq, bu gün ölkəmizdə əlillərin cəmiyyətə inteqrasiyası, sağlamlıqlarının bərpası, həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqətinin bariz nümunəsi olduğunu bildirdi.
Qaradağ rayon Əlillər Cəmiyyətinin sədri Müslüm Nurəliyev tədbir iştirakçıları adından çıxış edərək onlara yaradılan yüksək şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdi. Dövlətin qayğısı nəticəsində bu gün əlillərin cəmiyyətin tam hüquqlu vətəndaşı kimi fəaliyyəti üçün hər cür şərait yaradıldığını söylədi.
Görüşün sonunda Qaradağ rayonu ərazisində yaşayan 100-ə yaxın əlil vətəndaşa rayon İcra hakimiyyəti tərəfindən ərzaq yardımı verildi.

Keçidlər