Şriftin ölçüsü :

Saytın rəngi :

“Müşviq” Əlil Uşaqlara Yardım İctimai Birliyinin uşaqları ilə görüş keçirilmişdir

03 dekabr 2015 | 11:00

03 dekabr 2015-ci il tarixində Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən “Müşviq” Əlil Uşaqlara Yardım İctimai Birliyinin uşaqları ilə görüş keçirilmişdir.
Görüşdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova və rayon İcra hakimiyyətinin əməkdaşları iştirak etmişdir. Görüş iştirakçıları Birliyin reabilitasiya prosesi ilə yaxından tanış olaraq, əlil uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçirdilər.
Birliyin uşaqlarının hazırladıqları bədii proqram onların cəmiyyətdə sağlamlıq imkanları məhdud olan insanlara qarşı formalaşmış stereotipləri qıraraq cəmiyyətə inteqrasiyasında atılmış müsbət addımlardan xəbər vermiş oldu.
Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən “Müşviq” Əlil Uşaqlara Yardım İctimai Birliyinə ərzaq və maddi yardım edilmişdir.

Keçidlər