Qaradağ Rayon İcra Hakimiyyətində Başçının yanında Şuranın növbəti iclası keçirildi.
30 noyabr 2015-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində başçının yanında Şuranın növbəti iclası keçirildi.
Şuranın işində rayon İcra hakimiyyəti başçısının yanında Şura üzvləri, rayon İcra hakimiyyətinin şöbə müdirləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri və rayonun aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri də daxil olmaqla 102 nəfər iştirak edirdi.
Şurada Qaradağ rayon İcra Hakimiyyəti Başçısının yanında Şuranın say tərkibinin və üzvlərinin təsdiq edilməsi barədə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı aparatı Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Nadir Muradovun, Qaradağ rayonunda təhsil, səhiyyə və mədəni-maarif müəssisələrinin cari qış mövsümünə hazırlığının vəziyyəti barədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılovanın, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikanın hərtərəfli və sürətli sosial-iqtisadi inkişafına yönələn uğurlu daxili və xarici siyasətinin Qaradağ rayonunda təbliği üzrə görülən işlər barədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatı İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramovun məruzələri dinlənildi.
Məruzələr ətrafında çıxışlar bitdikdən sora Şura iştirakçılarının gündəlikdə məsələlər barədə həmçinin rayonun sosial-iqtisadi inkişafının və infrastrukturun cari vəziyyəti ilə bağlı sualları, rəyləri və təklifləri dinlənildi.
Başçı, Şuranın sədri cənab Süleyman Mikayılov məruzələrdə qaldırılan məsələlərin, eləcə də, vətəndaşların problemlərinə həssaslıqla yanaşılmasını və onların həlli istiqamətlərində zəruri addımların atılması və Qaradağ rayonunun qəsəbələrində quruculuq və abadlıq işlərinin davam etdirilməsi üçün müvafiq tapşırıqlarını verdi.
Gündəlikdəki məsələlərə dair Şuranın qərar layihələri oxunaraq, müvafiq rəylər və təkliflər nəzərə alınmaqla qəbul edildi.