Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunun bütün ümumtəhsil məktəblərində “Bilik günü” qeyd olunmuşdur

16 sentyabr 2012 | 10:00

15 sentyabr 2012-ci il tarixində Qaradağ rayonunun bütün ümumtəhsil məktəblərində “Bilik günü” qeyd olunmuşdur.
Rayonun Puta qəsəbəsindəki 184 saylı və Sahil qəsəbəsindəki 228 saylı orta məktblərinin əsaslı təmirdən sonra təntəli açılışı mərasimləri olmuşdur.
Mərasimdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin deputatı Ağalar Vəliyev, məktəblərin müəllim, şagird heyəti, valideynlər və rayon ictimaiyyəti iştirak etmişdir.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov tədbiri giriş sözü ilə açaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təhsilin inkişafına, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, bu işi dövlət siyasətinin mühüm bir sahəsi hesab etdiyini bildirmişdir. Məhz bu gün də təhsil sahəsi möhtərəm Prezidentimiz İlham Əliyevin qayğı ilə yanaşdığı sahələrdən biridir. Ölkəmizin hər bir yerində müasir standartlara cavab verən ümumtəhsil ocaqları tikilməkdiyini, bu isə öz növbəsində gənc nəslin savadlı və sağlam əqidəli yetişməsinə xidmət etdiyini vurğulamışdır. Bu il məktəbə ilk dəfə qədəm qoyan birincilərə uğurlar diləmiş və hər birinin gələcəkdə dövlətimiz və cəmiyyətimiz üçün savadlı və yararlı vətəndaş olaraq yetişmələri arzulamışdır.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 4 may 2011-ci il tarixli sərəncamı ilə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən ötən müddət ərzində Qaradağ rayonunda 139 və 195 nömrəli orta məktəblər əsaslı təmir olunmuş və 294 və 139 orta məktəbləri üçün 36 əlavə sinif otağı tikilib istifadəyə verilmişdir.
Müvafiq Dövlət Proqramına əsasən Qaradağ rayonunda 228, 302, 127 və 184 nömrəli orta məktəblərində aparılan əsaslı təmir işləri yekunlaşmış və təhsil işçilərinin ixtiyarına verilmişdir. Qobustan qəsəbəsindəki 800 şagird yerlik 330 nömrəli yeni ümumtəhsil məktəb binası, Səngəçal qəsəbəsində yerləşən 222 nömrəli məktəb üçün 20 sinif otağından ibarət əlavə tədris korpusunun tikintisi başa çatmışdır.
 

Keçidlər