Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda Veloidman növü üzrə birincilik keçirildi

21 noyabr 2015 | 11:00

  21 noyabr 2015-ci il tarixdə “Olimpiya Hərəkatı” proqramı çərçivəsində Veloparkda Qaradağ rayon tam orta məktəbləri  arasında veloidman növü üzrə Bakı şəhər birinciliyinin rayon mərkələsi keçirildi.

Yarışda rayonun 23 məktəbinin VII, VIII sinif şagirdləri iştirak edirdi. Yarış estafet şəklində hər komandanın tərkibi 3 oğlan 1 qız olmaqla keçirildi.

Tədbirdə Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Azərbaycan  Velosiped  İdman Federasiyasının məsul işçisi Faiq Qurbanov  iştirak edirdi.

 Yarışda I yeri - 273, II yeri - 253, III yeri - 233 saylı məktəblərin komandaları tutdular.

Qalib komandalar rayonumuzu Bakı birinciliyində təmsil edəcəklər.

Qaliblər kubok və müvafiq dərəcəli diplomlarla təltif olundular. 

Keçidlər