Şriftin ölçüsü :

Saytın rəngi :

“Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində Qaradağda ağacəkmə aksiyası.

21 noyabr 2015 | 11:00

21 noyabr 2015-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş iməcilik keçirilmişdir.
Ölkəmizdə həyata keçirilən  sosial-iqtisadi islahatların  əsas məqsədlərindən biri  ətraf mühitin mühafizəsini və insanların sağlam təbii şəraitdə yaşamasını ən yüksək səviyyədə təmin edilməsi olduğundan keçirilmiş iməcilikdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov iştirak etmiş, Bakı-Ələt (Astara) magistral avtomobil yolunun kənarında 800 ədəd şam, kiparis və müxtəlif növ ağac əkilmişdir.
Məlum olduğu kimi,  bu ilin mart ayından ölkəmizin bütün guşələrində Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA-Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq İctimai Birliyinin təsisçisi Leyla xanım Əliyevanın “Ümumrespublika yaşıllaşdırma” layihəsi əsasında ağacəkmə kampaniyasına start verilmiş və bu məqsəd ilə rayonun bütün qəsəbələrinin ərazilərində yerli iqlim şəraitinə uyğun  həmişəyaşıl ağaclar əkilmişdir.
Artıq mart ayında başlanan kampaniya çərçivəsində əkilən ağacların qorunması üçün müasir suvarma sistemi qurularaq aqrotexniki qulluq göstərilir.
“Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində rayonun bütün qəsəbələrində, eləcə də Bakı-Ələt (Astara) magistral avtomobil yolu boyunca ağac əkmə kompaniyası davam edəcəkdir.

Keçidlər