Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaq hüquqları aylığı”

20 noyabr 2015 | 11:00

20 noyabr 2015-ci il tarixində “Uşaq hüquqları aylığı”nın yekunu olaraq Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Lökbatan qəsəbəsində yerləşən 6 nömrəli Uşaq Somatik Sanatoriyasında müalicə alan uşaqlarla görüş keçirilmişdir.
Tədbirdə rayon İcra hakimiyyəti başçısının müavini Təranə İsmayılova, rayon İcra hakimiyyətinin nəzdində fəaliyyət göstərən “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya”nın üzvləri, rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, rayon polis idarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin əməkdaşları və fəallar iştirak etmişdir.
BMT-nin Uşaq Hüquqları Konvensiyasının (UHK) qəbul edilməsinin 26-cı ildönümü ərəfəsində 20 oktyabr - 20 noyabr tarixlərində respublikamızda “Uşaq hüquqları aylığı” elan edilməsi ilə bağlı qeyd olunan müddət ərzində təsdiq olunmuş cədvələ əsasən Qaradağ rayonunun orta ümumtəhsil məktəblərində, uşaq tərbiyə müəssisələrində müxtəlif tədbirlər, dəyirmi masalar, treninq-seminarlar keçirilmiş, maarifləndirmə tədbirləri, sərgilər təşkil olunmuşdur.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə möhtərəm prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasətinin artıq milli strategiya kimi formalaşdığını qeyd etdi. Bu siyasətin davamı olaraq son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkənin Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artmasına səbəb olduğunu bildirdi. Heydər Əliyev Fondunun uşaqların hərtərəfli inkişafı, onların yüksək standartlara cavab verən təhsil və tibbi xidmətlərlə təmin olunması, uşaq problemlərinin həlli istiqamətində önəmli layihələr həyata keçirdiyini tədbir iştirakçılarının nəzərinə çatdırdı.
Tədbirdə çıxış edən digər natiqlər ölkəmizdə uşaqların sağlamlığının yaxşılaşdırılması, təlim-tərbiyəsinin düzgün təşkili, fiziki, əqli və intellektual-mənəvi inkişafı, eləcə də onların öz istedadlarını nümayiş etdirmələri üçün lazımi şəraitin mövcud olduğunu bildirərək uşaq siyasətində başlıca məqsədin uşaqların zəngin mədəni sərvətlərimizə, tariximizə, fundamental dəyərlərimizə hörmətlə yanaşan layiqli vətəndaş kimi yetişdirilməsi və hərtərəfli şəxsiyyət olaraq formalaşdırılmasının vacib şərt olduğunu qeyd etdilər.
Tədbirin sonunda rayonda keçirilən inşa və rəsm müsabiqəsinin qalibləri fəxri fərmanlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışdır.

Keçidlər