“Mən Konstitusiyanı öyrənirəm” bilik olimpiadası
12 noyabr 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində “12 noyabr – Konstitusiya günü”nə həsr olunmuş Qaradağ rayonu məktəblərinin yuхarı sinif şagirdləri arasında test üsulu ilə “Mən Konstitusiyanı öyrənirəm” bilik olimpiadası keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı.
Giriş sözü ilə çıxış edən Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov Azərbaycanda Konstitusiyaların qəbulu barədə məlumat verərək müstəqil Azərbaycan Respublikasının ilk Kostitusiyasının layihəsinin ümummilli liderimiz Heydər Əliyevin sədri olduğu komissiya tərəfindən hazırlandığını və ümumxalq səsverməsi yolu ilə 1995-ci il noyabr ayının 12-də qəbul edildiyini söylədi.
Böyüməkdə olan nəslin intellektual səviyyəsinin daim artırılması və onların ümumbəşəri və milli dəyərlərə yiyələnməsinin Qaradağ rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzində olduğunu bildirən E.Abbasov hazırkı bilik olimpiadasının “Konstitusiya günü” ilə bağlı Qaradağ rayon İcra Hakimiyyəti başçısının imzası ilə təsdiq edilmiş Tədbirlər planının tərkib hissəsi olduğunu qeyd etdi.
Münsiflər heyətinin sədri İ.Qasımov olimpiadanın qayda və şərtlərini izah etdikdən sora şagirdlərə 30 sualdan ibarət sual kitabçaları paylandı.
Yazılan cavabların nəticələrinə əsasən 180 saylı məktəbin XI a sinif şagirdi Süleymanlı Şamil I yerə, 288 saylı məktəbin X b sinif şagirdi Məhərrəmova Nilgün II yerə və 197 saylı məktəbin IX a sinif şagirdi Əliyeva Nabat III yerə layiq görüldü.
Qaliblər fəxri fərmanlar və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.