Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonu tam orta məktəblərinin XXVIII rayon Spartakiadasına start verildi!

12 noyabr 2015 | 11:00

Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının  20 oktyabr 2015-cü il tarixlı 152 №-li sərəncamına əsasən Qaradağ rayonunun tam orta məktəblərində bədən tərbiyəsi işlərinin yaxşılaşdırılması və şagirdlər arasında kütləvi bədən tərbiyəsi və idman yarışlarının daha da inkişaf etdirilməsi məqsədilə 2015-2016-cı tədris ili ərzində 9 idman növü üzrə (futbol, voleybol, basketbol, dama, şahmat, atletika, stolüstü tennis, güllə atıcılığı, cırtdan) məktəblilərin ənənəvi XXVIII rayon Spartakiadası noyabr ayının 11-də şahmat idman növü ilə başladı.
Qaradağ təlim-idman bazasında keçirilmiş rayon birinciliyində 253 № li məktəb I yerə, 228 № li məktəb II yerə, 106 № li məktəb III yerə layiq görüldü.
Qaliblər fəxri fərmanlar və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.
Şəhər və Respublika Spartakiadalarında rayonumuzu təmsil edəcək  məktəblərimizə uğurlar diləyirik!

Keçidlər