Şriftin ölçüsü :

Saytın rəngi :

“ Bayrağımız - qürurumuzdur” mövzusunda dəyirmi masa keçirildi.

06 noyabr 2015 | 11:00

Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində 09 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibəti ilə dəyirmi masa keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov,
Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun Direktoru, Siyasi Elmlər Doktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası rektorunun müşaviri, tarix elmlər doktoru,  professor Musa Quluzadə, YAP Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və digər qonaqlar iştirak edirdilər.
Tədbir iştirakçıları Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil qoydular.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Milli Bayrağımızı əks etdirən rəsmlərindən ibarət guşə ilə tanış oldular, şagirdlərin vətənpərvərlik mövzusunda söylədikləri şeirləri dinlədilər.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçı cənab Süleyman Mikayılov 09 noyabr tarixinin Azərbaycan Respublikasının Dövlət Bayrağı günü kimi qeyd olunmasını əlamətdar bir hadisə olduğunu vurğulayaraq, müstəqillik rəmzimiz olan Dövlət Bayrağımızın yaranması tarixindən danışdı. O, hər birimiz üçün tükənməz qürur mənbəyi olan üçrəngli bayrağımızın ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis olunduğunu, dövlət bayrağımızın indiyədək dəfələrlə dəyişdirildiyini, sovet imperiyasının əsarətindən qurtulandan sonra yenidən bərpa olunduğunu qeyd etdi. Bildirdi ki, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edildi. Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev də ölkəmizin milli dövlət rəmzlərini uca tutur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında, eləcə də 2009-cı il noyabrın 17 - də Dövlət Bayrağı gününün təsis edilməsi haqqında imzaladığı Sərəncamlar dövlətimiz tərəfindən milli atributlarımıza verilən yüksək dəyərdir. Bundan başqa regionlarda Bayraq Meydanlarının yaradılması cəmiyyətimizdə xüsusi ilə də gənclərimizdə vətənpərvərlik hisslərinin güclənməsinə xidmət edir.
Daha sonra çıxış edən qonaqlar üçrəngli bayrağımızın ikinci dəfə dövlət rəmzi kimi təsbit edilməsini ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan, 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında da öz əksini tapdığını bildirdilər.
Bayraq - bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributu olduğu,  bayrağın üzərindəki hər rəng və simvolun özəl məna daşıdığı, xüsusi vurğulandı.
Qeyd edildi ki, hazırda üç rəngli bayrağımız dünya dövlətlərinin bayraqlarının sırasında dalğalanmaqdadır.
Tədbirdə bildirildi ki, Dövlət atributu olaraq Azərbaycan bayrağına ehtiram göstərilməsi hər bir ölkə vətəndaşının müqəddəs borcudur.

Keçidlər