Şriftin ölçüsü :

Saytın rəngi :

ilk dəfə səs verən gənclərlə maarifləndirici seminar keçirildi.

21 oktyabr 2015 | 10:00

Qaradağ rayonunda 21 oktyabr 2015-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinə seçkilərə həsr olunmuş seçkilərdə ilk dəfə səs verən  gənclərlə maarifləndirici seminar keçirildi.
Tədbiri giriş sözü ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin  rəisi Elçin Abbasov bildirildi ki, gənclərimizin, xüsusilə seçkilərdə ilk dəfə səs verən  gənclərin daha geniş surətdə maariflənməsi, daha çox biliklərə yiyələnməsi, bir sözlə öz hüquq və vəzifələrini mükəmməl bilməsi vacibdir. Hər bir gənc demokratiyanın meyarı olan seçkilərin mahiyyətini dərk etməli, cəmiyyətdəki rolunun əhəmiyyətini bilməli və özünü bir fərd kimi təsdiq etməlidir.
Tədbirə dəvət olunmuş Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Zamin Əhmədov, Mərkəzi Seçki Komissiyasının Beynəlxalq Əlaqələr Şöbəsinin sektor müdiri Ramin Nurəliyev, Mərkəzi Seçki Komissiyasının təşkilat şöbəsinin məsul əməkdaşı Faiq Bəşirli və 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairə seçki komissiyasının sədri Qəşəm Əhmədzadə Parlament seçkilərinin tarixi, seçkilərinin  keçirilməsinin qanunvericilik  əsasları, seçki günü səsvermə proseduru haqqında geniş məlumat verdilər. Qaradağ rayon İcra Hakimiyyəti Başçısının müavini Təranə İsmayılova ilk dəfə səs verən gəncləri təbrik edərək rayon gənclərinin ötən seçkilərdəki fəal iştirakından, onların rolunun əhəmiyyətindən və Azərbaycan gəncliyinə olan inam və etimaddan danışdı. O qeyd etdi ki, seçki prosesində, seçkilərin yüksək səviyyədə keçirilməsi ilə bağlı rayonda görülən hazırlıq işlərindən, yaradılan şəraitdən danışdı.
İlk dəfə səs verən gənclər adından çıxış edən Bakı Dövlət Universitetinin geologiya fakültəsinin Nərmin Məmmədova gəncləri seçkilərdə fəal olmağa səslədi.
Gəncləri maraqlandıran suallara açıqlamalar da verildi.
Tədbirin sonunda rayonun ictimai-siyasi, mədəni-kütləvi həyatında, idman sahəsində fəralənmiş seçkilərdə ilk dəfə səs verən gənclər rayon rayon rəhbərliyi tərəfindən fəxri fərmanlar və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.

Keçidlər