Şriftin ölçüsü :

Saytın rəngi :

20 oktyabr – Energetiklərin peşə bayramı qeyd olundu

20 oktyabr 2015 | 10:00

20 oktyabr 2015-ci il tarixində Energetika işçilərinin peşə bayramı gününə həsr olunan tədbir keçirilmişdir.
Tədbirə rayon İcra hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, başçının müavinləri, aparatın şöbə müdirləri və Qaradağ Rayon Enerji Təchizatı və Satışı İdarəsinin işçiləri iştirak etmişdir.
Tədbiri giriş nitqi ilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov açaraq bildirmişdir ki, Azərbaycan energetiklərinin ölkə iqtisadiyyatının inkişafındakı xidmətləri nəzərə alınaraq Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə hər il oktyabr ayının 20-si “Energetiklər günü” kimi qeyd edilir. Müstəqil Azərbaycan dövlətinin memarı, Ulu Öndərimiz Heydər Əliyevin energetika sahəsindəki strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daimi diqqəti və yorulmaz fəaliyyəti sayəsində ölkəmizin elektroenergetika sistemi daha da inkişaf etdirilərək beynəlxalq standartlara uyğun yenidən qurulur. Aparılan islahatların uğurlu nəticəsidir ki,  bu gün Azərbaycan nəinki elektrik enerjisinə olan ölkədaxili tələbatını ödəyir, hətta regionda etibarlı elektrik enerjisi ixracatçısına çevrilmişdir. Bu uğurların əldə edilməsində “Azərişıq”ASC əməkdaşlarının da xüsusi xidmətləri vardır.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov ölkə iqtisadiyyatının inkişafında müstəsna xidmətləri olan Azərbaycan energetiklərinin peşə bayramı münasibəti ilə “Azərişıq”ASC-nin bütün kollektivini təbrik etmiş, energetika sahəsində aparılan islahatların həyata keçirilməsindəki səmərəli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulamışdır.
Energetika sahəsində səmərəli fəaliyyətinə, 20 oktyabr – Energetika işçilərinin peşə bayramı günü münasibəti ilə Qaradağ Rayon Enerji Təchizatı və Satışı İdarəsinin 6 əməkdaşı qiymətli hədiyyə, 3 əməkdaşı isə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif edilmişdir.

Keçidlər