Şriftin ölçüsü :

Saytın rəngi :

20 oktyabr – Ümumdünya Statistika günü

17 oktyabr 2015 | 10:00

17 oktyabr 2015-ci il tarixində Statistika işçilərinin peşə bayramı gününə həsr olunan tədbir keçirilmişdir.
Tədbirə Rayon İcra Hakimiyyəti Başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayonun idarə və təşkilatlarının rəhbərləri, Bakı Şəhər Statistika İdarəsinin rəhbər işçiləri və Qaradağ Rayon Statistika şöbəsinin işçiləri iştirak etmişdir.
Tədbirdə iştirak edən qonaqlar ilk öncə Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoydular.
Tədbiri giriş nitqi ilə rayon İcra hakimiyyətinin birinci müavini cənab Emil Abbasov açaraq bildirmişdir ki, Dövlət Statistika Komitəsi idarəetmə orqanlarını, müəssisələri, idarə və təşkilatları, işgüzar dairələri və geniş ictimaiyyəti statistik məlumatlarla təmin etmək üçün ümumdövlət sistemidir. 2010-cu ildən etibarən Ümumdünya Statistika günü Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 64/267 qətnaməsinə əsasən hər ilin 20 oktyabrında qeyd olunur. Bu qətnaməni qəbul etməklə Baş Assambleya etibarlı statistika məlumatlarının hazırlanmasında milli statistika təşkilatlarının fundamental əhəmiyyətini rəsmi şəkildə təsdiq etmişdir. 20 oktyabr Ümumdünya Statistika günü və Azərbaycan Respublikasında rəsmi statistikanın yaradılmasının 95-ci il dönümü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun adından Dövlət Statistika Komitəsinin, Yerli Statistika Orqanlarının, o cümlədən Qaradağ rayon Statistika şöbəsinin kollektivini təbrik etdi və gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzu etdi.
Daha sonra statistika sistemində səmərəli fəaliyyətinə, 20 oktyabr – Statistika işçilərinin peşə bayramı günü və Azərbaycan Respublikasında rəsmi statistikanın yaradılmasının 95-ci il dönümü münasibəti ilə Qaradağ rayon  Statistika şöbəsinin 3 əməkdaşı Qaradağ Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif edilmişdir.

Keçidlər