Şriftin ölçüsü :

Saytın rəngi :

Lökbatan qəsəbəsində yerləşən 233 nömrəli məktəbdə “Beynəlxalq Müəllimlər günü” ilə bağlı tədbir keçirilmişdir.

08 oktyabr 2015 | 10:00

Lökbatan qəsəbəsində yerləşən 233 nömrəli məktəbdə “Beynəlxalq Müəllimlər günü” ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə məktəbin müəllim və şagirdləri, rayon İcra hakimiyyəti başçısının müavini Təranə xanım İsmayılova, Volqoqrad şəhəri Krasnoarmeysk rayonunun 75 nömrəli orta məktəbin direktoru Kuramşina Olqa Nikolayevna və müəllimləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Şirəli Əhədov qonaqları salamlamış, 75 nömrəli məktəblə 233 nömrəli məktəb arasında dostluğun və təcrübə mübadiləsinin uzun illərdir davam etdiyini qeyd etmiş, 75 nömrəli məktəbin biologiya müəllimi Yelena Parxomenko və riyaziyyat müəllimi Svetlana Kazaçkovanın yuxarı siniflərdə açıq dərs keçməsini yüksək dəyərləndirmişdir.
Daha sonra çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini T.İsmayılova Qaradağ rayonu ilə Volqoqrad şəhərlərinin qardaşlaşmış şəhərlər olduğunu diqqətə çatdırmış və onlar arasında möhkəm dostluq , mədəni əlaqələrin mövcud olduğunu qeyd etmişdir.
Millətlərarası münasibətlərin inkişafında , böyüyən nəslin vətənpərvərlik və tolerantlıq  ruhunda tərbiyəsinə , Qaradağ rayonunun təhsil müəssisələri ilə əməkdaşlığında göstərdiyi əməyə görə Volqoqrad şəhəri Krasnoarmeysk rayonunun 75 nömrəli orta məktəbin direktoruna rayon İcra hakimiyyəti başçısı cənab Süleyman Mikayılovun təşəkkür məktubu təqdim edilmişdir.
Sonda çıxış edən Kuramşina Olqa Nikolayevna qonaqpərvərliyə, diqqətə görə rayon İcra hakimiyyətinə, məktəb rəhbərliyinə təşəkkür etdi və 233 nömrəli məktəbin müəllimlərini və şagirdlərini Volqoqrad şəhərinə dəvət etdi .
Tədbir şagirdlərin təşkil etdiyi konsert proqramı ilə davam etmişdir .

Keçidlər