Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qəhrəman Yusif Əliyevin xatirəsi anıldı

29 sentyabr 2015 | 10:00

29 sentyabr 2015-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qobustan qəsəbəsindəki 195 nömrəli orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Yusif Əliyevin xatirəsinə həsr olunmuş xatirə gecəsi keçirildi.
Tədbirdə rayon İcra hakimiyyəti Başçısı Aparatının  ictimai-siyasi və sosial məsələlər şöbəsinin müdiri Munis Bayramov, Respublika Milli Qəhrəmanlar Birliyinin sədri Mirbəşir Seyidzadə, rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Abbasov, YAP Qaradağ Rayon Təşkilatı Aparatının rəhbəri Ruslan İsmayılov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin baş zabiti mayor Mübariz Hüseynov, qəsəbə nümayəndəsi Şükran Nəcəfov, Milli Qəhrəmanın ailə üzvləri, rayon ictimaiyyəti və qəsəbə gəncləri iştirak edirdi.
Tədbir Milli Qəhrəmanın 195 nömrəli orta məktəbdə qoyulmuş büstü önünə gül dəstələri düzməklə başlandı.
Tədbirdə çıxış edən M.Bayramov və digər natiqlər Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüşən qəhrəman oğul və qızların şücaətindən, keçdikləri şərəfli ömür yolundan danışdı. Qeyd olundu ki, məhz belə qəhrəmanlardan biri də Yusif Əliyevdir. Azərbaycan Respublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Əliyev Yusif Əliyusif oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Hər bir qəhrəman və qəhrəmanlıq nümunəsi fərdi olmasına baxmayaraq onların hər birini Vətən sevgisi birləşdirir. Bu gün hər bir qəhrəmanın ömür yolu Azərbaycan gənclərinə nümunədir Milli Qəhrəmanın ailə üzvləri də Milli Qəhrəman Yusif Əliyevin xatirəsinə və eləcə də bütün şəhidlərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin təşəkkürlərini bildirdilər.
Dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduqlarını, milli qəhrəmanlarımıza, şəhidlərimizə göstərilən yüksək ehtiramı onların bir daha hədər yerə canlarından keçmədiklərinin göstəricisi kimi dəyərləndirdilər.
Tədbir sonunda məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya göstərildi.

Keçidlər