Qaradağ Rayon İcra Hakimiyyətində Başçının yanında Şuranın növbəti iclası keçirildi.
30 sentyabr 2015-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində başçının yanında Şuranın növbəti iclası keçirildi.
Şuranın işində rayon İcra hakimiyyəti başçısının yanında Şura üzvləri, rayon İcra hakimiyyətinin şöbə müdirləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri və rayonun aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri də daxil olmaqla 105 nəfər iştirak edirdi.
Şurada Qaradağ rayonunda sərnişindaşımada mövcud vəziyyətin təhlili və qarşıda duran vəzifələr haqqında Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatı Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Samir İsayevin, Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən rayon təsərrüfatı, коmmunal xidmətlər, təmir-tikinti və sosial-abadlıq sahələrində 2015-ci ilin doqquz ayı ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatı Rayon təsərrüfatı şöbəsinin müdiri Rövşən Səmədzadənin və Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-də keçiriləcək seçkilərinə Qaradağ rayonunda hazırlıq işlərinin təşkili barədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatı Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Nadir Muradovun məruzələri dinlənildi.
Məruzələr ətrafında çıxışlar bitdikdən sora Şura iştirakçılarının gündəlikdə məsələlər barədə həmçinin rayonun sosial-iqtisadi inkişafının və infrastrukturun cari vəziyyəti ilə bağlı sualları, rəyləri və təklifləri dinlənildi.
Başçı, Şuranın sədri cənab Süleyman Mikayılov məruzələrdə qaldırılan məsələlərin, eləcə də, vətəndaşların problemlərinə həssaslıqla yanaşılmasını və onların həlli istiqamətlərində zəruri addımların atılması və Qaradağ rayonunun qəsəbələrində quruculuq və abadlıq işlərinin davam etdirilməsi üçün müvafiq tapşırıqlarını verdi.
Gündəlikdəki məsələlərə dair Şuranın qərar layihələri oxunaraq, müvafiq rəylər və təkliflər nəzərə alınmaqla qəbul edildi.