01 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı qeyd olundu.
30 sentyabr 2015-ci il tarixində Prokurorluq işçilərinin peşə bayramı münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon prokurorluğunun işçiləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov 01 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı münasibəti ilə bütün prokurorluq işçilərini təbrik etmişdir.
Tədbirdə Prokurorluq orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin müstəsna rolunun olduğunu qeyd etmişdir.
Bu gün də Hörmətli Prezidentimiz İlham Əliyevin prokurorluq işçilərinə olan diqqət və qayğıkeşliyindən danışan natiq vurğulamışdır ki, prokurorluq əməkdaşlarının əmək haqları xeyli artırılmış, şəxsi heyətin məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılmışdır.
Azərbaycan Respublikası Prokurorluğu qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına xidmət etdiyi də tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır.
Prokurorluq sistemində səmərəli fəaliyyətinə və 01 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə rayon prokurorluğunun bir neçə əməkdaşı Rayon İcra Hakimiyyəti Başçısının fəxri fərmanı və xatirə hədiyyəsi ilə təltif olunmuşdur.