Şriftin ölçüsü :

Saytın rəngi :

Müqəddəs Qurbanı Bayramı Qaradağ rayonunda geniş qeyd olunmuşdur.

24 sentyabr 2015 | 10:00

24-25 sentyabr 2015-ci ildə İslam dünyasının xeyirxahlıq, qardaşlıq və yardımlaşma kimi gözəl hisslərini təqdim edən ən əziz bayramlardan biri Müqəddəs Qurban bayramı Qaradağ rayonu ərazisində geniş qeyd olunmuşdur.
  Bayram münasibəti ilə Qaradağ rayonu, “Meyvəli” MMC, “Aqrovest” Ticarət Mərkəzlərində və Sahil qəsəbəsində İqtisadi İnkişaf Nazirliyi tərəfindən qurbanlıq qoyunların satış yarmarkası təşkil edilmiş və ümumilikdə 6500-dən çox qoyun 85-90 manata satılmışdır.
  Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində rayonda yaşayan şəhid ailələri, əlillər, müharibə veteranları, tənha ahıllar və aztəminatlı ailələrə Qurban sovqatı paylandı.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Aparatının məsul əməkdaşlarının, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə insanlara həmrəylik və mənəvi saflıq kimi yüksək dəyərləri aşılayan Qurban bayramı münasibətilə xalqımızı, eləcə də, Qaradağ sakinlərini təbrik edib, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin milli-mənəvi dəyərlərimizə daim ehtiramla yanaşdığı vurğulandı və belə tədbirlərin vətəndaşlara dövlət qayğısının təzahürü olduğu qeyd edildi.
Qeyd edək ki,  Qurban Bayramı münasibətilə ümumilikdə rayonun 11 qəsəbəsində qurbanlar kəsilmiş, 6880 nəfər aztəminatlı ailələrə qurban payı və 100 nəfər aztəminatlı ailəyə ərzaq yardımı verilmişdir.
Bundan əlavə rayon ərazisində yerləşən hərbi hissələrin şəxsi heyətləri ilə bayram münasibəti ilə görüşlər keçirilib. Keçirilən tədbirdə çıxış edənlər bayram münasibətilə əsgərlərimizi təbrik edib, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıblar. Görüşdə Qurban bayramının fəzilətlərindən danışılıb, Allah-Təaladan işğal altında olan torpaqlarımızın azad edilməsi, haqq-ədalətin təmin olunması dilənib. Tədbir zamanı  əsgərlər üçün Müqəddəs Qurban Bayramı münasibəti ilə göndərilmiş qurbanlıq qoyunlar kəsilmişdir. 
  Göstərilən yardımı böyük sevinclə qarşılayan hər bir ailə Müqəddəs bayramların ölkə ərazisində yüksək səviyyədə keçirilməsinə və onlara yetirilən hərtərəfli diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə böyük minnətdarlıqlarını bildirmişlər.

Keçidlər