Şriftin ölçüsü :

Saytın rəngi :

“21 sentyabr-Beynəlxalq Sülh günü”nə həsr olunmuş dəyirmi masa keçirildi.

21 sentyabr 2015 | 10:00

21 sentyabr 2015-ci il tarixdə Qaradağ rayon, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində “21 sentyabr-Beynəlxalq sülh günü” münasibəti ilə dəyirmi masa keçirildi.
   Tədbirdə Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qaradağ rayon Bölməsinin sədri Niyazi Eyvazov, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin sədri Maqsud Heydərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin baş zabiti mayor Mübariz Hüseynov, YAP Qaradağ rayon Təşkilatının Gənclər Birliyinin sədri Ramiz Yusubov və rayonun fəal gəncləri iştirak edirdi. 
     Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov Beynəlxalq sülh gününün təsis olma tarixindən, məqsədi və vəzifələrindən, BMT-nın bu istiqamətdəki fəaliyyətindən danışaraq dəyirmi masa iştirakçılarına məlumat verdi. 
     Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova öz nitqində Azərbaycanın həmişə sülhsevər xalq olduğunu və tarix boyu bü missiyasını dəfələrlə sübut etdiyinin söylədi. Qeyd etdi ki, bu gün dünyanın Sülhə daha çox ehtiyacı var. Regionda və dünyada baş verən qanlı toqquşmalar minlərlə insanın canı bahasına başa gəlməkdədir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu təhlükə olmaqda qalmaqdadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin istər beynəlxalq tribunalardan, istərsə də doğma yurd-yuvasını itirmiş qaçqın və məcburi köçkünlərlə görüşlərində bəyan etdiyi kimi respublikamız münaqişənin dinc vasitələrlə, beynəlxalq norma və prinsiplər əsasında, sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə təsdiqləsə də, təcavüzkar Ermənistan tamamilə bunun əksini göstərməkdədir.
     Daha sonra çıxış edənlərdə sülhün bütün dövrlərdəki əhəmiyyətindən, bəşəriyyətin inkişafı üçün əhəmiyyətindən danışdılar.

Keçidlər