Şriftin ölçüsü :

Saytın rəngi :

Qurban bayramı münasibəti ilə kənd təsərrüfatı mallarının satış yarmarkası təşkil olundu.

19 sentyabr 2015 | 10:00

19 sentyabr 2015-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə kənd təsərrüfatı yarmarkası təşkil olundu.
     Yarmarkanın keçirilməsində məqsəd Qurban bayramı ilə əlaqədar rayon əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısının almaqdır.Yarmarkada yaradılan səliqə-sahman, çeşidlərin bolluğu əhali tərəfindən müsbət qarşılandı. Əhalinin kənd təsərrüfatı mallarına olan tələbatını ödəmək məqsədilə keçirilən yarmarkada müxtəlif növ ərzaq məhsulları, o cümlədən meyvə-tərəvəz, balıq, toyuq, süd məhsulları, həmçinin müxtəlif növ və bol çeşiddə çərəzlər satışa çıxarılmışdı. Məhsullar bazar qiymətlərindən orta hesabla 20-30 faiz ucuz satılmışdır.
     Sakinlər bayram yarmarkasında satılan məhsulların keyfiyyətindən və qiymətlərindən razı qaldıqlarını bildirərək, ölkə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər