“Neftçilər günü” ərəfəsində daha iki yeni yaşayış binası istifadəyə verildi.
18 sentyabr 2015-ci il tarixində “Neftçilət günü” ərəfəsində Sahil qəsəbəsi, Emin Quliyev küçəsində inşa edilmiş iki yeni yaşayış binası istifadəyə verildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti cənab Rövnəq Abdullayev, şirkət rəhbərliyinin nümayəndələri və ictimaiyyət iştirak edirdi.
Tədbirdə ilk öncə çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti cənab Rövnəq Abdullayev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə uğurla davam etdirilən tərəqqi və inkişaf strategiyasının ölkəmizə möhtəşəm uğurlar qazandırır. Qeyd etdi ki, neftçilərin sosial problemlərinin həlli hər zaman diqqət mərkəzində olan məsələlərdəndir və bu sahədə mühüm tədbirlər həyata keçirilir.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov öz nitqində açılış mərasimində iştirak edən yeni mənzil sahiblərini səmimi qəlbdən təbrik etdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə digər bölgələrimiz kimi Qaradağ rayonununda inkişaf etdiyi, hər bir qəsəbədə abadlıq işləri geniş vüsət aldığı qeyd etdi.
Daha sonra binaların açılışını bildirən rəmzi qırmızı lent kəsildi.
Mənzillərdə yaradılan şəraitlə yaxından tanış olundu.
Yeni mənzil sahiblərinə, neftçilərə mənzillərin açarları və orderləri təqdim edilərək onların hər birinə yeni evlərində firavan həyat arzulandı.
Qeyd edək ki, qəsəbənin istifadəyə verilən 1 ədəd 2 bloklu və 1 ədəd 1 bloklu yeni yaşayış binaları 12 mərtəbədən, mansarddan və ümumillikdə 204 mənzildən ibarətdir. Binalarda isə ümumilikdə 24 birotaqlı, 132 ikiotaqlı, 36 üçotaqlı və 12 dördotaqlı mənzillər var. Binalar su, elektrik və təbii qazla təchiz edilib. Hər bir mənzil tam təmirli mətbəx mebeli, giriş mebeli və qaz plitələri ilə təmin olunub, binaların həyətlərində istirahət guşəsi yaradılaraq, ətraf abadlaşdırılıb.