Lökbatan qəsəbəsində səyyar görüş keçirildi.
18 sentyabr 2015-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Lökbatan qəsəbə sakinləri ilə növbəti səyyar görüşünü keçirdi.
Görüşdə rayonun hüquq-mühafizə orqanları, rayon İcra hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak edirdilər.
Keçirilmiş səyyar qəbulda 300-ə yaxın qəsəbə sakinləri iştirak edirdi.
Qəbula gələn qəsəbə sakinlərindən 22 nəfəri fərdi qaydada dinlənildi. Qəsəbə sakinləri qəsəbədə aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını və ölkə rəhbərinə öz dərin minnətdarlıqlarını bildirərək onları narahat edən problemlərdən danışdılar. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov müraciətlərdə qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov qəsəbə ərazisində görülən işlər barədə ətraflı məlumat verdi. Belə ki, Müvafiq Dövlət Proqramına əsasən 7 saylı Bakı Peşə Məktəbində tikinti işləri yekunlaşmışdır. Qəsəbənin qaz təchizatının yaşxılaşdırılması məqsədi ilə 5 ədəd siyirtmə və istismara yararsız olan 6 ədəd qaz tənzimləyici şkaf dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur.Ssu təchizatının yaşxılaşdırılması üçün 416 p/metr su xətti yenisi ilə əvəz olunmuş, 5 ədəd siyirtmə dəyişdirilmiş və 15 ədəd siyirtmə təmir olunmuşdur.Əhainin elektrik enerjisi ilə fasiləsiz təmin edilməsi üçün 93 metr 6 kv-luq kabel xətti çəkilmiş, 1 ədəd yeni Kompleks Transformator Məntəqəsi quraşdırılmış, 1ədəd yeni Transformator Məntəqəsi istifadəyə verilmiş, 2207 metr 6 kv hava xətti təmir olunmuş və 3300 metr yeraltı kabel xətti çəkilmişdir. Məhəllədaxili yollara və küçələrə 4000 kv.metr asfalt örtüyü döşənmiş, 23700 kv. metr sahəyə karbonat tökülmüş, asfalt örtüyü döşənməsi üçün hazır vəziyyətə gətirilmişdir.Qəsəbə ərazisində 12 bina həmçinin şəhid ailələrinin məskunlaşdığı bina istilik enerjisi ilə təchiz olunmuşdur. Ümumilikdə qəsəbə ərazisində 18 bina istilik sistemi təchiz olunmuşdur. Qəsəbə ərazisində 20950 ədəd müxtəlif ağac və bəzək kolları əkilmiş, 30550 kv.metr süni ot örtüyü döşənmiş, yaşıllıqların sulanması üçün 1500 p/metr su xətti çəkilmişdir. Qəsəbə ərazisində yerləşən bir-neçə yaşayış binasının dam örtüyünün 1400 kv.metr sahəsi təmir edilmişdir.