Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda “Bilik günü” coşqusu

15 sentyabr 2015 | 10:00

“Bilik günü” münasibəti ilə Qaradağ rayonu ərazisində yerləşən bütün təhsil ocaqlarında tədbirlər keçirildi.
Rayon rəhbərliyinin yaxından iştirak etdiyi tədbirdə məktəb müəllimlərinin, şagird heyətinin, valideynlər və birincilərin sevinci hədsiz idi.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Tədbirdə çıxış edən hər kəs ilk dəfə məktəbə qədəm qoyan birincilərə uğurlar diləyərək hər birinin gələcəkdə dövlətimiz, cəmiyyətimiz üçün savadlı və yararlı vətəndaş olaraq yetişmələrini arzuladılar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təhsilin inkişafına, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, bu işi dövlət siyasətinin mühüm bir sahəsi hesab etdiyini vurğulandı. Qeyd olundu ki, artıq Azərbaycan təhsil sistemi yeni inkişaf dövrünə qədəm qoyub. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamı və inkişaf meyarıdır. Ötən tədris ilinin də Qaradağ rayonu üçün uğurlu olduğunu diqqətə çatdırıldı, ali məktəblərə qəbul imtahanlarında rayon məktəblilərindən 26 nəfərin 600-dən yuxarı bal toplayaraq yüksək nəticələr göstərdiyi 1 məzunun isə qızıl medala layiq görüldüyü bildirildi. 
“İlk zəng”in səslənməsi ilə yeni dərs ilinə başlanıldı.
Qeyd etmək lazımdır ki, 2011-2013-cü və 2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası nəticəsində  rayon ərazisində bir neçə təhsil ocağı əsaslı təmir olunmuş, yeni tədris korpusları inşa edilərək istifadəyə verilmişdir. Hal-hazırda bu istiqamətdə işlər davam etdirilməkdədir.
Bundan başqa Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni tədris ili ərəfəsində rayonumuzun imkansız, maddi durumu ağır olan ailələrinin orta ümumtəhsil məktəblərində təhsil alacaq 200 nəfər məktəbliyə yeni məktəbli formaları, çantalar və məktəb ləvazimatları təqdim olunmuşdur.

Keçidlər