Şriftin ölçüsü :

Saytın rəngi :

“Müşfiq” Əlil Uşaqlara Yardım İctimai Birliyindən məktəbə gedən uşaqlar üçün bayram şənliyi keçirildi.

14 sentyabr 2015 | 10:00

14 sentyabr 2015-ci il tarixində Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən “Müşfiq” Əlil Uşaqlara Yardım İctimai Birliyində sağlamlıq imkanları məhdud uşaqların birinci sinifə getmələri münasibəti ilə tədbir keçirildi. 
     Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin müdiri Cəmilə Bağırova, Arabaçı TV-nin baş direktoru İlham Məhərrəmov, gənc könüllülər, validenylər və uşaqlar iştirak edirdilər.
     Tədbirdə çıxış edən natiqlər ilk öncə körpələrimizi “Bilik günü” münasibətilə səmimi qəlbdən təbrik etdilər. Qeyd etdilər ki, əlil uşaqların hüquqlarının müdafiəsi hər zaman diqqət tələb edən sahələrdən biridir. "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" qanuna əsasən, belə uşaqların dövlət tibb müəssisələrində pulsuz ixtisaslı tibbi xidmətdən istifadə etmək, sanatoriya-kurort müalicəsi ilə ilk növbədə təmin olunmaq hüquqları var. Qanuna uyğun olaraq, aidiyyəti qurumlar həmin uşaqların və 18 yaşından yuxarı əlilliyi olan şəxslərin məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil almasını qanunvericiliyə uyğun olaraq təmin edirlər. Dövlətimiz tərəfindən yaradılan bu cür şərait sağlamlıq imkanları məhdud uşaqlara cəmiyyətdə olan digər uşaqlar kimi yanaşıldığını və bərabərhüquqlu olduqlarının göstəricisidir.
     Tədbir uşaqların hazırladıqları müxtəlif rəqs və səhnəciklər ilə davam etdi.
     Tədbirin sonunda “Müşfiq” Əlil Uşaqlara Yardım İctimai Birliyindən bu il məktəbə qədəm qoyacaq 13 uşağa məktəbli çantaları və ləvazimatları təqdim olundu.

Keçidlər