Ümid qəsəbəsində səyyar görüş keçirildi.
11 sentyabr 2015-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Ümid qəsəbə sakinləri ilə növbəti səyyar görüşünü keçirdi.
Görüşdə rayonun rayon İcra hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanları, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak edirdi.
Keçirilən səyyar qəbulda 120 nəfərə yaxın qəsəbə sakini iştirak etdi.
Qəbula gələn qəsəbə sakinlərindən 12 nəfəri fərdi qaydada dinlənildi. Qəsəbə sakinləri qəsəbədə aparılan quruculuq işlərindən razılıqlarını və ölkə rəhbərinə öz dərin minnətdarlıqlarını bildirərək onları narahat edən problemlərdən danışdılar. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov müraciətlərdə qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov qəsəbə ərazisində görülən işlər barədə ətraflı məlumat verdi.
Belə ki, məcburi köçkün ailələri üçün 3 yeni yaşayış binası,1 yeni məktəb, gənclər evinin inşası başa çatdırılaraq istifadəyə verilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni uşaq bağçasının tikinti işlərinə artıq başlanılmışdır. Qəsəbədaxili yollara asfalt örtüyünün vurulmasına hazırlıq məqsədilə yollara qrabel tökülərək yayılmışdır. Daha sonra sakinlərə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən yaxın vaxtlarda görüləcək işlər barəsində danışdı.