Qızıldaş qəsəbəsində səyyar görüş keçirildi.
28 avqust 2015-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Qızıldaş qəsəbə sakinləri ilə növbəti səyyar görüşünü keçirdi.
Görüşdə rayonun hüquq-mühafizə orqanları, rayon İcra hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak edirdilər.
Keçirilmiş səyyar qəbulda 130-a yaxın qəsəbə sakinləri iştirak edirdi.
Qəbula gələn qəsəbə sakinlərindən 20 nəfəri fərdi qaydada dinlənildi. Qəsəbə sakinləri qəsəbədə aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını və ölkə rəhbərinə öz dərin minnətdarlıqlarını bildirərək onları narahat edən problemlərdən danışdılar. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov müraciətlərdə qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov qəsəbə ərazisində görülən işlər barədə ətraflı məlumat verdi. Belə ki, qəsəbə ərazisində yerləşən istirahət parkı əsaslı təmir olunaraq əhalinin istifadəsinə verilmiş, bir neçə çoxmərtəbəli yaşayış binalarının ümumilikdə 1020 m2 dam örtüyü şüşəruberoidlə yenilənmiş, yaşayış binalarına gedən su xətlərində təmir işləri aparılmışdır. Qəsəbənin I massivinə 5000 p/m qaz xətti çəkilişmiş, qəsəbənin elektrik enerjisi ilə təminatını yaxşılaşdırılması üçün 1 ədəd yeni transformator quraşdırılmışdır. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının imzaladığı müvafiq Dövlət Proqramlarının icrasına əsasən qəsəbədə 350 yerlik müasir mədəniyyət mərkəzinin tikintisi davam etdirilir, bundan başqa qəsəbənin Şonqar yaşayış massivinin su və kanalizasiya sisteminin yenidən qurulması işləri başa çatmışdır.
Daha sonra sakinlərə yaxın vaxtlarda görüləcək işlər barəsində danışdı.