Qaradağ Rayon İcra Hakimiyyətində Başçının yanında Şuranın növbəti iclası keçirildi.
27 avqust 2015-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində Başçının yanında Şuranın növbəti iclası keçirildi.
Şuranın işində rayon İcra hakimiyyəti başçısının yanında Şura üzvləri, rayon İcra hakimiyyətinin şöbə müdirləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri və rayonun aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri də daxil olmaqla 100 nəfər iştirak edirdi.
Şurada Qaradağ rayonunda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində görülmüş işlər barədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Rasim Hüseynovun, Qaradağ rayonunda təhsil müəssisələrində 2014-2015-ci tədris ilinin yekunları və 2015-2016-cı tədris ilinə hazırlığın vəziyyəti barədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yusif Nəsibov, Qaradağ rayonunun təsərrüfat və kommunal xidməti sahələrinin 2015-2016-cı illərin payız-qış mövsümünə hazırlığı ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının Təsərrüfat şöbəsinin müdiri Rövşən Səməd-zadənin məruzələri dinlənildi.
Məruzələr ətrafında çıxışlar bitdikdən sora Şura iştirakçılarının gündəlikdə məsələlər barədə həmçinin rayonun sosial-iqtisadi inkişafının və infrastrukturun cari vəziyyəti ilə bağlı sualları, rəyləri və təklifləri dinlənildi.
Başçı, Şuranın sədri cənab Süleyman Mikayılov məruzələrdə qaldırılan məsələlərin, eləcə də, vətəndaşların problemlərinə həssaslıqla yanaşılmasını və onların həlli istiqamətlərində zəruri addımların atılması və Qaradağ rayonunun qəsəbələrində quruculuq və abadlıq işlərinin davam etdirilməsi üçün müvafiq tapşırıqlarını verdi.
Gündəlikdəki məsələlərə dair Şuranın qərar layihələri oxunaraq, müvafiq rəylər və təkliflər nəzərə alınmaqla qəbul edildi.