Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Silahlı Qüvvələrində hərbi xidməti başa vuraraq tərxis olunmuş gənclərin yolasalma mərasimi keçirildi.

25 iyul 2015 | 10:00

25 iyul 2015-ci il tarixdə Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən “N” saylı h/hissədə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidməti başa vuraraq tərxis olunmuş gənclərin yolasalma mərasimi keçirildi.
     Mərasimdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə xanım İsmayılova, rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Qaradağ rayon Veteranları Şurasının sədr müavini Paşa Məmmədov iştirak edirdi.
       Mərasim əsgərlərin Azərbaycan Respublikasının Dövlət himnini oxuması ilə başlandı.
     Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə xanım İsmayılova gənc əsgərləri ordu sıralarından tərxis olunmaları münasibətilə təbrik edərək onlara gələcək həyatda uğurlar arzuladı. Qeyd etdi ki, bu gun regionun ən güclü ordusuna malik olan ölkəmizdə əsgəri xidmət çəkən gənclər arasında hərbi vətənpərvərlik hissləri yüksək səviyyədədir. Vətənin müdafiəsi üçün daim hazır olan ordumuzda xidmət keçən gənclər mülki həyatda da daim cəmiyyətimiz və dövlətimiz üçün yararlı olmalıdır.
      Digər çıxışçılar da hərbi xidməti başa vurmaları münasiətilə gəncləri təbrik etdilər.
    Tədbirin sonunda hərbi xidmət ərzində fərqlənmiş bir neçə gənc əsgərə rayon İcra hakimiyyəti tərəfindən fəxri fərmanlar və hədiyyələr təqdim edildi.

Keçidlər