Şriftin ölçüsü :

Saytın rəngi :

“Əlilliyi olan gənclərin inkişafı və məşğulluq şəbəkəsinin yaranması” layihəsi çərçivəsində sərgi təşkil olundu.

24 iyul 2015 | 10:00

24 iyul 2015-ci il tarixdə Qaradağ rayonu, Sahil qəsəbəsində “Əlilliyi olan gənclərin inkişafı və məşğulluq şəbəkəsinin yaranması” layihəsi çərçivəsində Qaradağ rayonundakı əlil gənclərin əl işlərindən və çəkdikləri rəsmlərdən ibarət sərgi nümayiş etdirildi.  
     Tədbirdə Qaradağ rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, rayon İcra Hakimiyyəti başçısının Sahil qəsəbəsi üzrə nümayəndəsi Əkbər Fərəcov, Sahil bələdiyyəsinin sədri Elçin Quliyev, “Müşviq” əlil uşaqları İctimai Birliyinin sədri Validə Abbasova, layihənin rəhbəri Səbuhi Dadaşzadə iştirak edirdi.
     Sərgini giriş sözü ilə açan Qaradağ rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov əlilliyi olan gənclərin məşğulluq və incəsənətin ayrı-ayrı sahələrinə cəlb olunması məqsədilə keçirilən bu layihəni yüksək qiymətləndirərək layihə müəlliflərinə təşəkkür etdi. Qeyd etdi ki, bu qəbildən olan tədbirlər əlil insanlar arasından xüsusi istedada malik insanların aşkara çıxarılmasına bilavasitə xidmət edir.
     Sonra sərgiyə baxış keçirildi.
     Tədbirin sonunda əl işləri və rəsmlərin müəlliflərinə hədiyyələr və diplomlar təqdim olundu.

Keçidlər