22 iyul – Milli Mətbuat günü qeyd olundu.
22 iyul – Milli Mətbuat günü münasibəti ilə Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində respublikanın qabaqcıl və tanınmış kütləvi informasiya vasitələri nümayəndələriylə görüş keçirildi.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov bütün mətbuat nümayəndələrini 22 iyul – Milli Mətbuat günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun adından ürəkdən təbrik etdi. Qeyd etdi ki, 140 illik tarixi olan Azərbaycan milli mətbuatı özünəməxsus ənənələr yaradıb. Mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabidən başlayaraq, günümüzə qədər böyük qələm ustaları milli təfəkkürün inkişafı üçün misilsiz xidmətlər göstərərək xalqımızın maariflənməsinə böyük töhfələr veriblər.
Ümummilli lider Heydər Əliyev demokratik dövlət quruculuğu prosesində kütləvi informasiya vasitələrinin rolunu daim yüksək qiymətləndirərək, Azərbaycanda senzuranın ləğvi və bir sıra digər tədbirlərlə mətbuatın inkişafına böyük dəstək verib. Sevindirici haldır ki, mətbuatımızın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ardıcıl surətdə və daha geniş miqyasda davam etdirilir. Dövlət başçımızın sərəncamına əsasən KİV işçiləri üçün mərhələli şəkildə yaşayış binalarının inşa edilərək istifadəyə verilməsi bunun bariz nümunəsidir.
Sonda mətbuat nümayəndələrinə mükafatlar təqdim olundu.