Şriftin ölçüsü :

Saytın rəngi :

02 iyul – Polis işçilərinin peşə bayramı qeyd olundu.

02 iyul 2015 | 10:00

02 iyul 2015-ci il tarixində Polis işçilərinin peşə bayramı münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov 02 iyul – Polis işçilərinin peşə bayramı münasibəti ilə bütün polis işçilərini təbrik etdi. Qeyd etdi ki, Daxili İşlər Orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin müstəsna rolu olmuşdur. Bu gün də Hörmətli Prezidentimiz İlham Əliyev polisin maddi-texniki bazasının gücləndirilməsinə, polis əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılmasına daim diqqət yetirir. Polislərimiz ölkədə əmin-amanlığın, sabitliyin qorunması istiqamətində, cinayətkarlıqla mübarizədə hər zaman ayıq-sayıqlıq göstərirlər.
Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov tərəfindən bir neçə polis işçisinə fəxri fərmanlar və hədiyyələr təqdim olundu.

Keçidlər