Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkotiklərlə Mübarizə Günü” ilə əlaqədar tədbir keçirildi.

25 iyun 2015 | 10:00

25 iyun 2015-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində “Narkotiklərlə Mübarizə Günü” ilə əlaqədar tədbir keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə xanım İsmayılova, Azərbaycan Respublikası “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı  Mübarizə üzrə” Dövlət Komissiyasının İşçi qrupunun məsul işçiləri Raqif Allahverdiyev və Turcay Əhmədov, Qaradağ Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Bölməsinin baş inspektoru, polis mayoru Ceyran Ömərova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinin Həqiqi Hərbi Xidmətə Çağırış şöbəsinin işçisi, kapitan Sübhan İbişov, Bakı Şəhər Narkoloji Dispanserinin baş narkoloqu Lyudmila Cəfərova, 19 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkimi Elvin Məmmədov, rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov və digər qonaqlar iştirak edirdilər.
İlk öncə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirərək Heydər Əliyev Mərkəzində narkomaniyanın fəsadlarını əks etdirən məktəblilərin əl işlərindən ibarət rəsmlərdən təşkil olunmuş sərgiyə baxış keçirdilər.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə xanım İsmayılova dinamik inkişaf edən müstəqil respublikamızda sağlam cəmiyyətin qorunub saxlanılmasını daim dövlətimizin diqqət mərkəzində olduğunu bildirdi.  Qeyd etdi ki, ümumbəşər bəla hesab edilən narkomaniya ilə mübarizə hər zaman aktual olaraq qalmaqdadır. Bu sahədə rayonun qəsəbələrində, təhsil ocaqlarında müxtəlif tədbirlər təşkil olunur, gənclər arasında idman yarışları keçirilməklə geniş maarifləndirmə işləri aparılır.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı  Mübarizə üzrə” Dövlət Komissiyasının İşçi qrupunun məsul işçisi Raqif Allahverdiyev 1996-cı ildə Ulu Öndər Heydər Əliyev tərəfindən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradıldığını diqqətə çatdırdı. Bildirdi ki, bu fərmanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmiş və bu sahədə dövlət siyasətinin strateji istiqamətləri dəqiq göstərilmişdir. Azərbaycan Respublikası həmçinin müvafiq beynəlxalq sənədlərə və təşəbbüslərə də qoşulmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu strateji kursu dövlətimizin əsas prioritetlərindən biri kimi davam etdirmiş, narkomanlıqla mübarizədə müsbət nəticələrin eldə edilməsi məqsədilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nı təsdiq etmişdir.
Daha sonra çıxış edən digər natiqlər narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə vurduğu fəsadlardan söz açdılar. Narkomaniyanın heç bir yaş sərhəddi tanımayaraq cavanlaşmasını genefond üçün mühüm təhlükə olduğunu bildirdilər. Narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir fərdinin fəal rol oynamısının zəruriliyi diqqətə çatdırıldı.

Keçidlər