Şriftin ölçüsü :

Saytın rəngi :

23 iyun - Dövlət Qulluqçularının peşə bayramı qeyd olundu.

23 iyun 2015 | 10:00

23 iyun – Dövlət qulluqçularının peşə bayramı günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirildi.
    Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayon İcra hakimiyyətinin məsul işçiləri və rayonun digər qurumlarında çalışan dövlət qulluqçuları iştirak edirdi.
    Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov 23 iyun – Dövlət qulluqçularının peşə bayramı münasibəti ilə bütün dövlət qulluqçularını Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılovun adından təbrik edərək hər birinə bu şərəfli yolda uğurlar arzuladı. Qeyd etdi ki, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümumilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Bu gün də dövlət qulluğu sahəsində islahatların aparılması, dövlət qulluqçularının sosial rifahının yaxşılaşdırılması Möhtərəm Prezidentimiz İlham Əliyevin cənablarının daim diqqətindədir. Bundan başqa bildirdi ki, Azərbaycan Respublikasının Prezidentinin 22 iyun 2015-ci il tarixli Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin məsləhətçisi Mirzəyeva Sumaxanım Zahir qızı “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
   Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun adından dövlət qulluğunda çalışan bir neçə əməkdaşa fəxri fərman və hədiyyələr təqdim olundu.

Keçidlər