Şriftin ölçüsü :

Saytın rəngi :

15 iyun Milli Qurtuluş günü münasibəti ilə aztəminatlı ailələrə yardım edildi.

10 iyun 2015 | 10:00

10 iyun 2015-ci il tarixində 15 iyun - Qurtuluş Günü münasibəti ilə rayonun aztəminatlı ailələri ilə görüş keçirildi.
     Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın məsul işçiləri və rayon ictimaiyyəti iştirak edirdilər.
     Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov görüşdə iştirak edən hər kəsi Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılovun adından 15 iyun - Qurtuluş Günü münasibəti ilə təbrik etdi. Bildirdi ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə yaranmış siyasi gərginliyə son qoyuldu, hüquqi dövlət quruculuğunun təməli atıldı, ölkə hərtərəfli tərəqqi yolunda inamla irəliləməyə başladı.
Hər bayramda olduğu kimi bu gün də Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən rayonunun aztəminatlı ailələrinə bayram payı verilməsi dövlətimizin hər bir vətəndaşa göstərdiyi diqqətdədir.
     Daha sonra görüş iştirakçıları hər zaman göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirdilər.
     Görüşün sonunda Qaradağ rayonu ərazisində yaşayan 200 aztəminatlı ailəyə rayon İcra hakimiyyəti tərəfindən ərzaq yardımı verildi.

Keçidlər