Şriftin ölçüsü :

Saytın rəngi :

I Avropa Oyunlarına hazırlıq işləri davam etməkdədir.

02 iyun 2015 | 10:00

Paytaxtımızda “Bakı 2015” İlk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri intensiv şəkildə davam etdirilməkdədir.
Məhz bu məqsəd ilə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov tərəfindən müvafiq sərəncam verilmiş və tədbirlər planı təsdiq edilmişdir.
Tədbirlər planına əsasən görülən işlər nəticəsində rayon ərazisindən keçən Dairəvi yol ətrafında geniş bir sahədə abadlıq işləri aparılaraq ərazidə təmizləmə işləri görülüb, yeni torpaq qatı salınıb, mineral gübrələr səpilib. Yol kənarlarına Eldar şamı, zeytun, liandra, tuya və bir sıra dekorativ müxtəlif gül və ağac kolları da əkilib, süni ot örtüyü salınıb, landşaft elementlərindən ibarət maraqlı kompozisiyalar yaradılıb, dairəvi yolun ətrafında yerləşən evlərin fasadları boyanaraq dam örtükləri təmir edilib, istinad divarları çəkilib. Salınan yaşıllığın qorunması üçün suvarma sistemləri qurularaq mütəmadi iməcliklər keçirilir.
Bundan başqa "Bakı Avropa Oyunları 2015"in loqosu, Avropa Oyunlarında keçiriləcək idman yarışlarının şəkilləri rayon ərazisinə giriş hissədən yerləşdirilib.
Bu sahədə, eləcə də rayonun digər ərazilərində də görülən abadlıq-quruculuq işləri davam etdirilməkdədir.

Keçidlər