Şriftin ölçüsü :

Saytın rəngi :

“Müşfiq” Əlil Uşaqlara Yardım İctimai Birliyində uşaqlar üçün bayram şənliyi keçirildi.

01 iyun 2015 | 10:00

1 iyun – Uşaqları Beynəlxalq Müdafiə günü münasibəti ilə Sahil qəsəbəsində yerləşən “Müşfiq” Əlil Uşaqlara Yardım İctimai Birliyində uşaqlar üçün bayram şənliyi keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə xanım İsmayılova, Rusiya, İran, Çexiya, Fələstin, İndoneziya, Malaziya respublikalarının ölkəmizdə fəaliyyət göstərən səfirlərinin xanımları, validenylər və uşaqlar iştirak edirdilər.
Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə xanım İsmayılova təməli ulu öndər Heydər Əliyev tərəfindən dövlət uşaq siyasətindən danışdı. Qeyd etdi ki, bu gün uşaqlar dövlətin diqqət mərkəzindədir. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın bu sahəyə xüsusi qayğı yetirməsi körpələrimizin sağlam ruhda böyüməsi, onların intellektual səviyyəsinin inkişafı üçün yaradılan şərait, həyata keçirilən layihələrin rolu gələcəkdə öz bəhrəsini verəcəkdir.
Daha sonra tədbir uşaqların hazırladıqları müxtəlif rəqs və səhnəciklər ilə davam etdi. Tədbirin sonunda hədiyyələr təqdim olundu.

Keçidlər