Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonu ərazisində qəza

02 sentyabr 2012 | 10:00

31 avqust 2012-ci il tarixində Bakı şəhərinin Qaradağ rayonu ərazisində sərnişin avtobusunun qatarla toqquşması zamanı dəhşətli qəza baş vermişdir. Baş vermiş qəza nəticəsində Qaradağ rayonunun Lökbatan qəsəbəsinin dörd sakini faciəli şəkildə həlak olmuşdur: 1957-ci il təvəllüdlü Yaqut Nəriman qızı Əliyeva, 1966-cı il təvəllüdlü Mətanət İsmi qızı İsgəndərova, 1965-ci il təvəllüdlü Tahir Nəcəf oğlu Nəcəfquliyev, 1980-cı il təvəllüdlü Azər Tariyel oğlu Əliyev. Dünyalarını dəyişmiş sakinlər Lökbatan qəsəbə qəbiristanlığında dəfn olunmuşlar. Baş vermiş dəhşətli hadisə zamani həlak olmuş rayon sakinlərinin ailələrinə rayon İcra hakimiyyəti tərəfindən hərtərəfli diqqət və qayğı göstərilmiş, və hər birinin ailəsinə ərzaq yardımı verilmişdir. Vəfat etmiş insanlara Allahdan rəhmət diləyir, onların ailə üzvlərinə dərin hüznlə baş sağlığı veririk. Allah rəhmət eləsin!

Keçidlər